Haftarın adamları Liviyada atəşkəsi pozmağa başladı

  • 13:47 - 21 Yanvar

Liviyada vətəndaş müharibəsinin tərəfləri Berlin konfransında atəşkəsə sadiq qalacaqlarını vəd etsələr də, Tripoli ətrafına partlayış səsləri eşidilir.

Avropa.info xəbər verir ki, beynəlxalq aləmin tanıdığını Liviya Milli Həmrəylik Hökumətinə bağlı qüvvələrin apardığı Bürkan əl-Qadab (Qəzəb vulkanı) əməliyyatının katibi Əbdülmalik əl-Mədəni Anadolu Agentliyinə açıqlama verib.

Açıqlamada Haftara bağlı silahlıların paytaxtın cənubundakı Ayn Zara, Səlahəddin və Rəmlə cəbhələrində minaatan və raketlərlə atəş açaraq atəşkəsi pozduğu bildirilir.

Qeyd edək ki, Liviyada döyüşən tərəflər və beynəlxalq ictimaiyyət bazar günü Berlində keçirilən konfransda iştirak edərkən Haftarın adamları Hallatat rayonunda minaatanlarla atəşkəsi pozmuşdular. Hücum zamanı minalar neft tankerlərinə dəymiş, yanğın nəticəsində paytaxt səmasıq ara dumana bürünmüşdü. 


Oxunma sayı: 10649

Oxşar yazılar