Razi Nurullayev İmişlidə Şəhidlər xiyabanını ziyarət etdi - Fotolar

  • 13:40 - 21 Yanvar

"Həmişə 20 Yanvar şəhidlərini Bakıda ziyarət edirdik. Bu il isə İmişli şəhərində 20 Yanvar faciəsi günündə Şəhidlər xiyabanını həmeyrlilərimlə, rayon ziyalı və hörmətli adamları ilə birlikdə ziyarət etdik. Allahdan bütün şəhidlərimizə rəhmət dilədik". 

Avropa.info xəbər verir ki, 79 saylı İmişli seçki dairəsindən deputatlığa namizəd Razi Nurullayev deyib. 

R.Nurullayev bütün şəhidlərə rəhmət diləyib: 

"Şəhidlər xiyabanında İkinci Dünya Müharibəsində həlak olanların xatirəsinə ucaldılmış abidəni ziyarət edib, gül dəstələri qoyduq. Elə abidənin önündə də çıxış edərək vətəndaşları qayğılandıran məsələlərdən danışdım. Allah bütün şəhidlərimizə rəhmət eləsin". 


Oxunma sayı: 3983

Oxşar yazılar