İranda türk dilində kitab çap edən nəşriyyat və kitab evi qapadıldı – Sahibi həbs olundu

  • 21 Yan - 2020

İranda türkcə kitablar dərc edən “TakDerakht nəşriyyatı” ilə türkcə kitablar yığan “Əndişəyi Nev kitab evi” “qeyri-leqal kitab” çap edib satdıqları ittihamı ilə qapadılıb.

Avropa.info xəbər verir ki, Anadolu Agentliyinin məlumatına görə, paytaxt Tehranda fəaliyyət göstərən “TakDerakht nəşriyyatı”nın qeyri-leqal kitabların çapı ittihamı ilə müddətsiz qapadılması ilə yanaşı sahibi Ehsan Şükrxudayi də 3 ay əvvəl həbs olunaraq həbsxanaya göndərilib.

“Əndişəyi Nev kitab evi”nə qeyri-leqal kitab satmaq ittihamı ilə 1 ay qapadılmaq cəzası və 3 min dollar cərimə təyin edilib.

“TakDerakht nəşriyyatı” İranda ərəb əlifbası ilə türkcə ədəbiyyat, tarix, araşdırma və elm kitabları dərc edir. “Əndişəyi Nev kitab evi” isə Tehranda türkcə və türklərlə bağlı kitablar satan kitab evi kimi tanınır.

Məsələ ilə bağlı İran rəsmiləri açıqlama verilməsə də, qərarın son vaxtlar türk dili və türklərə qarşı artan təzyiqin bir hissəsi olduğu deyilir.


Oxunma sayı: 13520

Oxşar yazılar