“VAZ” qarda batdı – 4 nəfər xilas edildi

  • 12:37 - 21 Yanvar

Goranboy rayonunun Buzluq kəndində, içərisində 4 nəfərin olduğu “VAZ” markalı minik avtomobilinin dağlıq ərazidə qarda bataraq qalması səbəbi ilə "112" qaynar telefon xəttinə kömək üçün müraciət daxil olub.

Bu barədə Avropa.info Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən məlumat verir.

Bildirilir ki, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən vətəndaşlara köməklik göstərilib.


Oxunma sayı: 4995

Oxşar yazılar