“Guardian” İŞİD-in yeni liderinin kimliyini açıqladı – Türkmən əsillidir

  • 11:44 - 21 Yanvar

İŞİD lideri Əbubəkr əl Bağdadinin öldürülməsindən sonra terror təşkilatının başına türkmən əsilli Təlafər şəhhərində doğulan Əbdülrəhman əl Mavli əl Səlbi keçib.

Avropa.info xəbər verir ki, bu barədə təhlükəsizlik mənbələrinə istinadən İngiltərənin “Guardian” qəzeti yazıb. 

Bağdadinin keçən ilin oktyabr ayında ABŞ-ın keçirdiyi əməliyyatla öldürülməsindən sonra İŞİD-in yeni liderinin Əbu İbrahim əl Haşimi əl Qureyşi olduğu açıqlanmışdı. Lakin bu ad ləqəb idi və qruplaşmanın lideri olan şəxs barədə konkret məlumat yox idi.

Qəzet yeni İŞİD liderinin İraq Türkmən Cəbhəsinin Türkiyə üzrə nümayəndəsi Adil Səlvinin qardaşı olduğunu iddia edir, təşkilatın başına keçənədək qardaşı ilə əlaqə saxladığını bildirir.

İngiltərə kəşfiyyat mənbələrinə istinadən yazan “Guardian”ın xəbərinə görə, Əl Səlbi İŞİD-i yaradanlardan biridir. 

“İraqda yezidilərə qarşı qırğına görə məsuliyyət daşıyırdı. Təşkilatın dünya miqyasında həyata keçirilən terror aktlarına da nəzarət edirdi. Bağdadi kimi illərdir döyüşlərdə iştirak etmiş şəxsdir. Hər zaman İŞİD-in qərar qəbul etmə mexanizmində mərkəzi rolu olub.

İraqda türkmən əhalinin yaşadığı Təlafərdə doğulan Əl Səlbi təşkilatın yeni rəhbərliyində ərəb olmayan nadir şəxslərdəndir. Əl Səlbinin İŞİD-in ən təsirli ideoloqlarından biri olduğu zənn edilir. Döyüşdə istifadə etdiyi ləqəblərin “Hacı Abdulla” və “Abdulla Qardaş” olduğu ehtimal edilir. Lakin İraq təhlükəsizlik mənbələri “Abdulla Qardaş” ləqəbli şəxsin iki il əvvəl öldürülmüş olan baş İŞİD rəhbəri olduğunu qeyd edir” – “Guardian yazır.

Mosul Universitetində şəriət hüququ təhsili alan Əl Səlbinin islam dini bilgiləri sayəsində İŞİD strukturu pillələrində yüksəldiyi bildirilir.

Qəzet kəşfiyyat orqanlarının oktyabrdan bu yana İŞİD-in yeni lideri haqda məlumat yığıb, profilini hazırlamağa çalışdığını qeyd edir. 


Oxunma sayı: 13278

Oxşar yazılar