Qaz sayğacları ilə bağlı əhaliyə vacib xəbərdarlıq – Video

  • 21 Yan - 2020

Bakıda qaz sayğaclarını oğurlayıb vətəndaşlara satırlar.

Avropa.info Xəzər TV-yə istinadla xəbər verir ki, "Azəriqaz" İstehsalat Birliyi vətəndaşlara diqqətli olmağı və bu cür işbazlara aldanmamağı tövsiyyə edir.

''Azəriqaz'' İstehsalat Birliyinin mətbuat katibi Ceyhun Səfərovun sözlərinə görə, bəzi işbazlar smart tipli sayğacları oğurlayıb, əhalinin az yaşadığı ərazilərdə satırlar. Hansı ki həmin ərazilər qazlaşdırılmayıb.

Həmin şəxslər smart tipli sayğac quraşdırdıqları vətəndaşlara kart vermədikləri üçün hər ay gəlib, razılaşdıqları məbləği alıblar. İnsanları isə hər dəfə bir bəhanə ilə aldadıblar ki, yaxın vaxtda kartınızı verəcəyik. Ceyhun Səfərov vətəndaşları belə faktlarla rastlaşdıqda diqqətli olmağı tövsiyyə edir.

Qeyd edək ki, bu tip qaz sayğacı oğrulayanlar cinayət məsuliyyətinə cəlb ediliblər. Qala, Şüvəlan, Türkan qəsəbələrində yerləşən evlərdən 93 qaz sayğacı oğurlayıb satmaqda təqsirli bilinən, şəhər sakinləri üç il müddətinə azadlıqdan məhrum olublar.


CTOFTPyX4eI

Oxunma sayı: 2729

Oxşar yazılar