"Barış pınarı" bölgəsinə yardımlar davam edir – Türk əsgəri uşaqların üzünü güldürdü

  • 11:25 - 21 Yanvar

"Barış pınarı" əməliyyatı ilə terrordan təmizlənən Tel Abyadda 2-10 yaşları arasında olan uşaqlara geyim əşyaları yardımı edilib.

Avropa.info xəbər verir ki Türkiyə Milli Müdafiə Nazirliyi tərəfindən yayılan açıqlamada, “Barış pınarı” əməliyyatı ilə terrordan təmizlənən bölgəyə yardımlar davam edir. Uşaqların üzləri gülümsəyir. Tel Abyadda 2-10 yaşları arasında olan uşaqlara geyim əşyaları yardımı edildi”, - ifadələri qeyd olunub.

Sülh elçisi və dinc sakinlərin ümidi olan Türk əsgəri, “Barış pınarı” əməliyyatı ilə bölgədə əmin-amanlığı bərqərar etməyə və əhaliyə yardım etməyə davam edir.


Oxunma sayı: 6436

Oxşar yazılar