İran “Boeing”in iki raketlə vurulduğunu etiraf etdi

  • 10:53 - 21 Yanvar

İran hakimiyyəti Ukrayna Beynəlxalq Hava Yollarına məxsus “Boeing” təyyarəsinin iki raketlə vurulduğunu təsdiqləyiblər.

Avropa.info xəbər verir ki, ilkin hesabatda İran Mülki Aviasiya İdarəsinin məlumatına görə hər iki raketin “Tor-M1” raket kompleksindən buraxıldığı deyilir. Hadisə təyyarə Tehran aeroportundan qalxdıqdan bir neçə dəqiqə sonra baş verib. Raket layneri parçalara ayırıb.

Hesabatda “qara qutu”nu deşifrə etmək üçün iranlı mütəxəssislərdə lazımi avadanlığın olmadığı deyilir. Fransa və ABŞ isə onu verməkdən imtina ediblər. 

Xatırladaq ki, 8 yanvarda Ukrayna Beynəlxalq Hava Yollarına məxsus t'yyarənin düşməsi nəticəsində 176 nəfər ölmüşdü. İran hərbçiləri təyyarəni səhvən vurduqlarını daha sonra etiraf etmişdilər.


Oxunma sayı: 9802

Oxşar yazılar