Fəzail Ağamalı Qarabağ qaziləri ilə görüşdü – Video

  • 10:00 - 21 Yanvar

60 saylı Salyan-Neftçala seçki dairəsindən namizədliyi irəli sürülən Fəzail Ağamalı seçicilərlə görüşlərini davam etdirir.

Avropa.info xəbər verir ki, Salyan rayonunun Xələc kəndində keçirilən görüşdən öncə Fəzail Ağamalı 2016-cı ilin aprel döyüşlərində şəhid olan Baş leytenant Rəşid Mehdiyevin cox saylı seçicilərin iştirakı ilə ata ocağında olub.

Şəhidin atası Rövşən Mehdiyevlə birgə kəndin Şəhidlər Xiyabanı ziyarət edildi.

Onların ruhuna dualar oxundu.

Daha sonra Xələc kəndində seçicilərlə görüş keçirildi.

Fəzail Ağamalı son dörd ildə deputatlıq fəaliyyəti və ölkə prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasətin önəmili tərəfləri üzərində dayandı.

Seçicilərin rəy və təklifləri ətrafında fikir mübadiləsi aparıldı və seçicilər qarşıdan gələn parlament seçkilərində Fəzail Ağamalıya səs verəcəklərini söyləyib ona uğurlar arzuladılar.

Daha bir görüş seçki dairəsinin ərazisində yaşayan Qarabağ qaziləri ilə keçirildi.

60-dan çox qazinin iştirak etdiyi görüşdə ölkə prezidenti cənab İlham Əliyevin və Azərbaycanın Birinci Vitse prezidenti xanım Mehriban Əliyevanın şəhid ailələrinə, Qarabağ qazilərinə göstərdikləri diqqət və qayğı minnətdarlıq hissilə qeyd olundu. Eyni zamanda onlar tərəfindən qaldırılan bir sıra problemlər ətrafında fikir mübadiləsi aparıldı.

Görüşdə qazilər Fəzail Ağamalını dəstəklədiklərini vurğulayıb, ona seçkilərdə qələbə arzuladılar. 


e3DWQKCs7K8

Oxunma sayı: 5336

Oxşar yazılar