Araz Ağalarov yeni baş nazir haqda - "Bütün ölkə onun kassasında oturub"

  • 23:38 - 20 Yanvar

Azərbaycan əsilli rusiyalı milyarder-oliqarx Araz Ağalarov bu günlərdə ölkədə baş vermiş dəyişiklikləri və Federal Vergi Xidmətinin keçmiş rəhbəri Mixail Mişustinin baş nazir təyin edilməsini şərh edib.

Virtualaz.org xəbər verir ki, Ağalarov “Komsomolskaya Pravda” qəzetinə müsahibəsində Mişustinin “dünyada ən mükəmməl vergi sistemi” qurduğunu bildirib.

“Mişustinə gəldikdə mən sizə bir şey deyə bilərəm: o, dünyada ən yaxşı vergi sistemi qurub. Mən bunu başqalarından eşitməmişəm, çünki onun yaratdığı vergi sistemi bizim hamımıza aid idi. Mahiyyətcə bütün bu nəhəng ölkə onun kassasında “oturub”. Fantastik səslənsə də o, bütün vurulan qəbzləri görür. O, hər qutu südün və ya kiloqram qəndin satışını qeydə alır. Bütün ölkə boyu! Və əlbətdə bu, ağlasığmaz nailiyyətdir”,-biznesmen deyib.

 

Ağalarovun fikrincə əgər Mişustin vergidə olduğu kimi hökumət başçısı olaraq pulların xərclənməsi üzərində də o cür nəzarət qura bilsə nəticəsini tezliklə görmək mümkün olacaq. “əgər büdcə pullarını düzgün xərcləməyə başlasaq həmin pullar iqtisadiyyata xeyir verəcək. Nəticədə minimal əmək haqqını qaldırmaq imkanı yaranacaq. Deməli kasıblıqla da mübarizə aparmaq mümkün olacaq.


Oxunma sayı: 6645

Oxşar yazılar