İran Körfəzdə Küveytə məxsus üç gəmini saxlayıb
- 18:30 - 20 Yanvar
Küveytə məxsus üç gəmi Körfəzdə İranın ərazi sularına qanunsuz daxil olduğu üçün saxlanılıb.
Bu barədə İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yaydığı açıqlamada məlumat verilib.
Açıqlamada qeyd edilib ki, SEPAH-ın Körfəzdə xidmət aparan hərbi dəniz qüvvələri Küveyt bayrağı ilə üzən üç gəminin İranın ərazi sularına daxil olmasını müşahidə edib. SEPAH-ın hərbiləşdirilmiş mühafizə gəmiləri sərhədi pozan gəmiləri saxlayıb. Hadisə zamanı heç bir insident baş verməyib. Hazırda araşdırma aparılır.
Küveyt Dövləti hələ məsələyə münasibət bildirməyib.