İndoneziyada körpü çöküb, ölənlər və yaralananlar var

  • 17:10 - 20 Yanvar

İndoneziyanın Sumatra adasında körpünün çökməsi nəticəsində 9 nəfər ölüb, 17 nəfər yaralanıb.

Leysan yağışları nəticəsində yaranan sel Benkulu əyalətində körpünün çökməsinə səbəb olub. Dağıntılar altında qalmış insanların axtarışına 100-dən çox xilasedici, əsgər, polis, təbii fəlakətlərə qarşı mübarizə aparan Xüsusi Milli Agentliyin işçiləri və könüllülər cəlb olunub.

Qeyd edək ki, İndoneziyanın Meteorologiya, İqlim və Geofizika Agentliyi yanvar və fevral aylarında ölkənin bir neçə bölgəsində leysan yağışlarının yağması ilə bağlı əvvəlcədən xəbərdarlıq edib.


Oxunma sayı: 7899

Oxşar yazılar