Azərbaycan Premyer Liqası dünyada 56-cı yerə yüksəlib

  • 16:30 - 20 Yanvar

Dünyanın ən güclü futbol liqalarının siyahısı açıqlanıb.

Apasport.az saytının məlumatına görə, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) hər il olduğu kimi yenə ötən ilin 100 ən yaxşı çempionatını müəyyənləşdirib.

Artıq neçə illərdir “Top-100”də yer alan Azərbaycan Premyer Liqası cədvəldən kənar qalmayıb. Çempionatımız dünyanın 54-cü ən güclü liqasıdır.

r Liqasının hesabında 349 xal var. 2018-ci ilin ötən il açıqlanan yekunlarında çempionat yalnız 70-ci idi. Bir ildə liqamız 14 pillə irəliləyişə nail olub.

Ölkə çempionatı İran, həmçinin milyonlarla dollarlıq transferlərə malik ABŞ və Qətər liqalarını da arxada qoyur.

Siyahıya isə İngiltərə Premyer Liqası başçılıq edir. Dünyanın ən güclü çempionatının 1287 xalı var. Futbolun yaradıcıları bir il əvvəl 2-ci yerdə idi.

Braziliya 1165 xalla ikincidir. Zirvəni əldən verən İspaniya La Liqası 1141 xalla üçüncü sırada yer alıb.

Qonşu Türkiyə çempionatı isə 8 pillə geriləyib. Super Liqa dünyada 28-cidir.

yer2018liqaxal
1( 2 )İngiltərə1287
2( 3 )Braziliya1165
3( 1 )İspaniya1141
4( 5 )İtaliya939
5( 4 )Kolumbiya849
6( 10 )Portuqaliya834
7( 7 )Fransa818
8( 15 )Niderland790,5
9( 6 )Argentina776
10( 8 )Almaniya765,5
11( 11 )Paraqvay755,5
12( 9 )Şotlandiya747,5
13( 12 )Belçika696,5
14( 28 )Ekvador686
15( 30 )Tunis664,5
16( 25 )Rumıniya632
17( 27 )Mərakeş629,5
18( 22 )Xorvatiya618
19( 18 )Yunanıstan616,5
20( 29 )Serbiya605
21( 26 )Meksika600
22( 13 )Kipr586
23( 21 )Çexiya571
24( 14 )Avstriya561
25( 23 )Ukrayna542
26( 17 )Rusiya538,5
27( 15 )Danimarka533,5
28( 20 )Türkiyə523,5
29( 24 )İsrail521,5
30( 19 )Cənubi Koreya520,5
 ( 33 )Misir520,5
32( 52 )Səudiyyə Ərəbistanı518
33( 42 )İsveç477
34( 34 )Uruqvay447
35( 32 )Konqo D.R.444,5
36( 36 )Bolqarıstan437
37( 46 )Yaponiya434
38( 41 )Boliviya433
39( 44 )Çin428,5
40( 59 )Macarıstan425,5
41( 53 )Venesuela425
42( 31 )İsveçrə411
43( 40 )Qazaxıstan410
44( 38 )Norveç409
45( 37 )Belarus397
46( 66 )Şimali İrlandiya389
47( 54 )Peru383
48( 57 )Anqola382,5
49( 48 )Sloveniya376
50( 50 )CAR371,5
51( 55 )Gürcüstan368
52( 55 )Polşa364,5
53( 67 )Çili361,5
54( 43 )Slovakiya351
55( 35 )Zambiya349,5
56( 70 )AZƏRBAYCAN349
57( 77 )Nigeriya346,5
58( 46 )Əlcəzair346
59( 62 )Estoniya345
60( 51 )İran344,5
61( 64 )Latviya340
62( 65 )İrlandiya331,5
63( 45 )Sudan317
64( 63 )Qvatemala316
65( 61 )Kosta-Rika312
66( 68 )ABŞ301,5
67( 72 )Özbəkistan292,5
68( 39 )Qətər287
69( 69 )Albaniya285
70( 74 )Finlandiya282
71( 49 )Litva279,5
72( 75 )Moldova275
73( 60 )Tailand271,5
74( 71 )Honduras266
75( 79 )İraq264,5
76( 58 )BƏƏ261
77( 73 )Şimali Makedoniya256
 ( 78 )Nikaraqua256
79( 76 )Kamerun238
80( 96 )Ermənistan236,5
81( 84 )Lüksemburq220,25
82( 92 )Qvineya218,75
83( 80 )İslandiya216,5
84( 85 )Keniya214,5
85( 104 )Vyetnam211,75
86( 86 )Tanzaniya191
87( 113 )Zimbabve181,25
88( 101 )Uels177,5
 ( 115 )Monteneqro177,5
90( 116 )Farer adaları169
90( 94 )Salvador168,25
92( 99 )İndoneziya167,75
93( 83 )Konqo162
94( 98 )KXDR161
95( 88 )Bosniya və Herseqovina160,5
96( 90 )Kosovo157,25
97( 159 )Benin156,25
98( 87 )Ruanda155,5
99( 97 )Uqanda152
100( 126 )Panama150,25

 


Oxunma sayı: 16193

Oxşar yazılar