İmişlidə 20 Yanvar faciəsinin 30-cu il dönümü qeyd edilib - Fotolar

  • 15:50 - 20 Yanvar

İmişlidə 20 Yanvar faciəsinin 30-cu il dönümü qeyd edilib.

Avropa.info xəbər verir ki, rayon ictimaiyyətinin nümayəndələri, təhsil, səhiyyə, mədəniyyət işçiləri, hüquq mühafizə orqanlarının əməkdaşları, hərbçilər Şəhidlər xiyabanına gələrək ölkəmizin bütövlüyü yolunda şəhid olan vətən oğullarının məzarlarını ziyarət edərək tər qərənfillər düzüblər. 1941-45-ci il  Abidə kompleksi də ziyarət edilib.
    Çıxış edən İmişli rayon Icra Hakimiyyətinin başçısı Vilyam Hacıyev 30 il əvvəl Sovet hərbi birləşmələrinin Bakıda törətdiyi qırğınlardan,  günahsız insanlara qarşı edilən vəhşiliklərdən danışıb. Həmin gecə qəhrəman vətən oğullarının göstərdiyi qəhrəmanlıqlar konkret faktlarla yada salınıb. Bildirilib ki, 20 yanvar faciəsi ölkəmizin tarixinə həm də qəhrəmanlıq səlnaməsi kimi daxil olub.

 

 

 

 


Oxunma sayı: 4885

Oxşar yazılar