Xalqın problemləri ilə yaşayan namizəd - Tanınmış ziyalı Razi Nurullayevdən yazdı

  • 15:16 - 20 Yanvar

Fevralın 9-da növbədənkənar parlament seçkilərinə qatılacaq namizədlərin təbliğat - təşviqat kampaniyasına artıq start verilib. 

Hesab edirəm ki, namizədliyi irəli sürülənlərin içərisində deputatlığa layiq olanları da az deyil. Bu cəhətdən İmişli əhalisinin bəxti daha çox gətirib. Mən bu fikirləri hələ AXCP sədri Razi Nurullayevin 79 saylı İmişli seçki dairəsindən namizədliyi qeydə alınarkən dilə gətirmişdim...

Razi Nurullayev o siyasətçilərimizdəndır ki, Azərbaycanın şəhər, rayon, kənd və qəsəbələrinə daha çox səyahət edir, həmin bölgənin əhalisi ilə tez - tez görüşüb təmasda olur, onların problemi ilə maraqlanır, onların dərd - sərləri, ağrı - acılarıyla yaşayır.

"Vəzifəli şəxs, məmur, deputat, heç olmazsa, ildə bir dəfə xalqın yaşadığı kimi yaşamırsa, ayağına rezin çəkmə, yaxud, qaloş geyinib su suvarmırsa, çöldə ocaq qalayıb yemək bişirmirsə, kanal və arxlardan gələn bulanıq suyu duruldaraq, ondan çay dəmləyib içmirsə, təzək yandırıb istisinə qızınmırsa, yayda toz- torpaqlı, qışda palçıqlı yollarda addımlamırsa, o xalqı necə başa düşə bilər?" - Bu sözlərin də müəllifi Razi Nurullayevdir. Razi Nurullayev mətbuatda, televiziya, kanallarında, ayrı - ayrı sosial şəbəkələrdə sadə vətəndaşların, xüsusiylə xalqın yoxsul təbəqəsinin problemlərinin prioritet sahə olduğunu daima ön plana çəkib, bunun həlli yollarını arayıb axtarıb, bununla bağlı öz layihə və təkliflərini dəfələrlə yuxarı distansiyalara, müvafiq təşkilatlara təqdim edib.

2018-ci il Prezident seçkilərində də Razi Nurullayev prezidentliyə namizəd kimi, ən böyük vurğunu məhz xalqın sosial problemlərinə yönəltmişdi. Qismən də olsa həllini tapmış əhalinin kredit borclarının ödənilməsi, işsizlik, maaş, pensiya, ünvanlı sosial yardım, qazın limitində dəyişiklik və s. dediklərimizə əyani sübutdur. Bu sosial problemlər onun çeçki platformasında da öz əksini tapıb.

Yerlərdə kasıb əhaliyə biznes kreditlərinin verilməsi, sosial evlərlə bağlı Fransa təcrübəsinin tətbiqi, hər doğulan uşağa görə birdəfəlik yardım, uşaq plunun verilməsi və s. Razi Nurullayevin təcrübəli bir siyasətçi kimi bu gün daha çox önəm verdiyi məsələdir...

Razi Nurullayev geniş dünyagörüşlü, yüksək erudisiyalı, bir neçə xarici dildə danışmağı bacaran, sadə, qayğıkeş, ətrafındakılarına müsbət təsir edən bir insandır.

Zəmanəsinin əxlaq peyğəmbəri sayılan Sokratdan soruşurlar:  “İnsanda ən çox nəyi qiymətləndirirsən?" Filosof tərəddüd etmədən cavab verir: "İnsaniyyəti". 

"Bəs insaniyyət dedikdə nəyi başa düşürsən?" - sualına isə o belə cavab verir: "İnsana layiq keyfiyyətləri".

Bax, Razi Nurullayev bütün insana layiq keyfiyyətləri özündə birləşdirən şəxsiyyətdir.

Mən üzümü bir daha 79 saylı İmişli seçki dairəsinin seçicilərinə tuturam: Əziz İmişli camaatı, qarşıdakı parlament seçkilərində Razi Nurullayevi dəstəkləyərək, ona səs versəniz, peşman olmayacaqsınız...


Oxunma sayı: 7415

Oxşar yazılar