Liviyada neft hasilatı minimuma enib

  • 15:15 - 20 Yanvar

Liviyanın neft istehsalı minimum səviyyəyə düşüb.

 Xəlifə Haftarın silahlı qüvvələrinin boru kəmərini bağlamasından sonra Liviyanın ən böyük neft yatağında hasilat minimuma enib. Beləliklə də, OPEC-ə üzv Liviyadakı vətəndaş müharibəsini dayandırmaq üçün Berlində keçirilən konfransa baxmayaraq, bu ölkədə tədarük çatışmazlığı artmaqda davam edir.

Liviya Milli Neft Korporasiyasının nümayəndəsinin sözlərinə görə, ölkənin neft hasilatı anbarlar tam dolduqdan sonra gündəlik 72 min barrel səviyyəsində məhdudlaşdırılacaq.

Ötən şənbə günü Liviyada sutkalıq neft istehsalı 1,2 milyon barrel səviyyəsində idi. “Bloomberg”in məlumatına görə, bu göstərici 2011-ci ilin avqust ayından bəri ən aşağı səviyyədir.

Ölkədə neft hasilatı “Wafa” yatağından və sahildəki istehsal sahələrindən həyata keçiriləcək.

Mənbələrə görə, gündəlik 300 min barrel neft hasil edən “Sharara” yatağı anbarlar doldurulduqdan sonra istehsalı dayandıracaq.


Oxunma sayı: 6843

Oxşar yazılar