İmişlidə IX sinif şagirdləri arasında mərkəzləşdirilmiş qaydada test üsulu ilə sınaq imtahanı keçirilib

  • 13:56 - 20 Yanvar

İmişli rayonunun ümumtəhsil məktəblərinin IX sinif şagirdləri arasında mərkəzləşdirilmiş qaydada test üsulu ilə sınaq imtahanı keçirilib.
Avropa.info-nun məlumatına görə, beş mərkəzdə keçirilən sınaq imtahanı rayon təhsil şöbəsinin təşəbbüsü və təşkilatçılığı ilə aparılıb.
İmtahanda rayon üzrə IX siniflərdə təhsil alan 1284 nəfər şagirdən 1156 nəfəri iştirak edib.


İmtahanının keçirilməsində məqsəd IX sinif məzunlarının bilik səviyyəsini, pedaqoji kollektivlərin, o çümlədən müəllimlərin fəaliyyətini qiymətləndirmək və real vəziyyəti bir daha müəyyən etməkdir. Eyni zamanda hədəf, məsuliyyətin artırılması, ümumən təhsilin inkişafı və bu ilki buraxılış imtahanlarında nəticələrin yüksəlməsinə nail olmaqdır.


Yaxın günlərdə məlum olacaq nəticələr təhsil şöbəsində geniş şəkildə təhlil və müzakirəsi aparılacaq.
Sonrakı mərhələdə, görüləcək işlərin məqsədyönlü və nəticəyönümlü aparılmasında bu nəticələr nəzərə alınacaq.
İkinci yarımildə rayon üzrə müxtəlif mövzularda bu formatda monitorinqlərin təşkili nəzərdə tutulur.


Oxunma sayı: 7778

Oxşar yazılar