Rusiyada istilik borusunun partlaması nəticəsində beş nəfər ölüb

  • 12:18 - 20 Yanvar

Rusiyanın Perm şəhərində isti su borusunun partlaması nəticəsində beş nəfər ölüb.

Avropa.info xəbər verir ki, yanvarın 20-də gecə Permdəki yaşayış evinin birinci mərtəbəsində yerləşən “Karamel” otelində isti su borusu partlayıb. Nəticədə beş nəfər, o cümlədən bir uşaq ölüb. Bundan başqa, azı üç nəfərin xəsarət aldığı bildirilir. Ölənlərin şəxsiyyəti müəyyənləşdirilir.

Hadisə ilə bağlı cinayət işi açılıb.


Oxunma sayı: 6337

Oxşar yazılar