Beyləqanda məcburi köçkünlərin məskunlaşdığı binada yanğın olub

  • 11:10 - 20 Yanvar

Beyləqan rayonunun Yeni Mil qəsəbəsində ümumi sahəsi 240 m² olan məcburi köçkünlərin məskunlaşdığı ikimərtəbəli binanın çardağının taxta atmaları 50 m² sahədə yanıb.

FHN-dən Avropa.info-ya verilən məlumata görə, binanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Oxunma sayı: 2806

Oxşar yazılar