Suriyada son 3 gündə 100 nəfər öldürülüb, 116 nəfər xəsarət alıb

  • 23:10 - 19 Yanvar

Yanvarın 16-dan bu günə kimi Suriyada hərbi əməliyyatlar nəticəsində demək olar 50 hərbçi və 50-dən çox dinc sakin həlak olub. 

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Suriyada Duşmənçilik edən Tərəflərin Barışığı üzrə Rusiya Mərkəzinin rəhbəri general-mayor Yuri Borenkov bildirib. 

“Yanvarın 16-dan hücumlar və döyüşçülərin atəşi nəticəsində Suriya Ərəb Ordusunun 47 hərbçisi həlak olub, 77 hərbi qulluqçu yaralanıb. Son 3 gündə habelə 51 dinc sakin öldürülüb, 116 nəfər isə xəsarət alıb", - o deyib. 

Onun sözlərinə görə, Suriya döyüşçüləri NATO-nun döyüş sursatlarından və silahlarından aktiv istifadə etməyə başlayıblar. Y.Borenkov əlavə edib ki, daha əvvəl qanunsuz silahlı birləşmələr əsasən kustar üsulla hazırlanmış silah-sursatlardan istifadə edirdi. 

Borenkov həmçinin bildirib ki, hökumət qoşunları yanvarın 16-dan İdlibin deeskalasiya zonasında silahlıların 16 hücumuna məruz qalıb.


Oxunma sayı: 6370

Oxşar yazılar