İran Fars körfəzində Küveytin 3 gəmisini saxladı

  • 21:17 - 19 Yanvar

İran İslam İnqilabı Keşikçiləri Korpusu Fars körfəzində Küveytə məxsus 3 gəmi saxlandığını bəyan edib.

APA-nın “Tasnim” agentliyinə istinadən verdiyi məlumata görə, İslam İnqilabı Keşikçiləri Korpusu gəmilərin İranın ərazi sularına daxil olduğu üçün saxlanıldığını bildirib.

Küveyt məsələ ilə bağlı hələlik rəsmi açıqlama verməyib.


Oxunma sayı: 6480

Oxşar yazılar