Sutka ərzində Suriyaya İordaniya və Livandan minə yaxın qaçqın qayıdıb

  • 18:27 - 19 Yanvar

Sutka ərzində minə yaxın suriyalı qaçqın xarici ölkələrin ərazisindən Suriyaya qayıdıb.

Bu barədə müharibə edən tərəflərin barışıqları və qaçqınların hərəkəti üzərində nəzarət mərkəzinin açıqladığı bülletendə deyilir.

“Ötən sutka ərzində xarici dövlətlərin ərazisindən Suriyaya 955 qaçqın geri dönüb. 

Belə ki, Livanın “Jaydet Yabus”, “Tell-Kalah” keçid məntəqələrindən ümumilikdə 288 nəfər (87 - qadın, 147 - uşaq) , İordaniyanın “Nasib” keçid məntəqəsindən isə ümumilikdə 707 nəfər (qadın - 212, uşaq - 361) Suriyaya geri dönüb”, - deyə bülletendə qeyd olunub.

Report


Oxunma sayı: 5743

Oxşar yazılar