İran Ukraynaya məxsus təyyarənin qara qutusunu Kiyevə göndərib

  • 17:10 - 19 Yanvar

Tehran yaxınlığında yanlışlıqla vurulan Ukraynaya məxsus təyyarənin qara qutusu Kiyevə göndərilib.

Avropa.info xəbər verir ki, bu barədə İranın Mülki Aviasiya Təşkilatının Təhqiqatlar şöbəsinin rəisi Həsən Rezayifər bildirib. O deyib ki, Ukraynanın xahişinə əsasən qara qutu Kiyevə göndərilib. Fransa, Kanada və ABŞ-dan olan mütəxəssislər qutunu tədqiq edərək qəzadan əvvəl nələrin baş verdiyini öyrənəcəklər.

Qeyd edək ki, Ukraynanın Baş Prokurorluğu təyyarənin qara qutusunun təhvil verilməsi haqqında İrana sorğu göndərmişdi. İran sorğuya müsbət cavab verərək qutunu Ukraynaya göndərib.


Oxunma sayı: 6216

Oxşar yazılar