Çexiyada qocalar evində baş verən yanğında 8 nəfər ölüb

  • 16:50 - 19 Yanvar

Çexiyanın qərbində Veyprti şəhərində qocalar evində baş verən yanğında 8 nəfər ölüb, daha 29 nəfər xəsarət alıb.

Bu barədə “iRozhla” nəşri Səhiyyə nazirliyinin rəsmisi Prokop Volenikaya istinadən məlumat yayıb.

Qeyd olunub ki, yanğın səhər yerli vaxtla 6:00 da (Bakı vaxtı ilə saat 09:00) baş verib.

Xəsarət alan üç nəfərin vəziyyəti ağırdır. Ümumilikdə isə qocalar evindən 29 nəfər təxliyə olunub. 


Oxunma sayı: 7294

Oxşar yazılar