Yəməndə hərbi düşərgənin atəşə tutulması nəticəsində ölənlərin sayı 70 nəfərə çatıb - Yenilənib

  • 14:06 - 19 Yanvar

Yəmənin Mareb əyalətində hərbi düşərgənin raket atəşinə tutulması nəticəsində ölənlərin sayı 70 nəfərə çatıb.

Bu barədə “Report” RİA “Novosti”yə istinadən xəbər verir.

Qeyd edilir ki, hadisə nəticəsində 50 insan xəsarət alıb.

Yəmən ordusu raketlərin “Ənsar Allah” hərəkatı (husilər-red) tərəfindən atıldığını iddia edir. Lakin hərəkat raket atəşinə görə məsuliyyəti üzərinə götürməyib.

***02:28

Yəmənin Mareb əyalətində hərbi düşərgənin raket atəşinə tutulması nəticəsində azı 60 nəfər həlak olub.

“Report”un məlumatına görə, bu barədə “Al-Arabiya” bildirib.

Qeyd edilir ki, hadisə nəticəsində 50-dən çox insan xəsarət alıb.

Daha əvvəl hərbi düşərgənin atəşə tutulması nəticəsində 24 hərbçinin həlak olduğu bildirilirdi. Hərbi mənbə fərz edib ki, raket ballistik olub.

***00:27

Yəmən ordusu atəşə tutulub.

Bu barədə “Report” RİA “Novosti”yə istinadən xəbər verir.

Yəmən ordusundakı mənbə agentliyə bildirib ki, ölkənin şimal-şərqindəki Mareb əyalətindəki ordu yataqxanası raket atəşinə məruz qalıb. Nəticədə 24 hərbçi həlak olub, daha 20 hərbi qulluqçu yaralanıb.

"Mareb əyalətinin şimal-qərbində Al-Mlil rayonunda kazarmaya raket hücumu nəticəsində 24 hərbçi həlak olub, 20 nəfər yaralanıb. Raketin ballistik olduğu ehtimal edilir", - agentlik bildirib.

"Ənsar Allah" hərəkatı (husilər-red) raket atəşinə görə məsuliyyəti üzərinə götürməyib.


Oxunma sayı: 7206

Oxşar yazılar