Venesuelada növbəti elektrik enerjisi böhranı baş verib

  • 12:13 - 19 Yanvar

Venesuelada növbəti elektrik enerjisi böhranı baş verib.

Bu barədə “Netblocks” monitorinq agentliyi “Twitter” sosial şəbəkəsindəki səhifəsində məlumat yayıb.

Yanvarın 18-də yerli vaxtla saat 09.00 radələrində ölkənin şimalında və qərbində, ümumilikdə 23 ştatdan 16-da enerji təchizatında elektrik enerjisi təchizatında problem yaranıb. İndiyə qədər Taçira ştatında 14 faiz, Merida ştatında 23 faiz və Karabobo ştatının 45 faiz abonenti yenidən elektrik enerjisi ilə təmin etmək mümkün olub.

Elektrik enerjisində yaranan fasilə ölkənin 5 ştatında internetlə bağlı problemlərə yol açıb.

Qeyd edək ki, keçən ilin mart ayında Venesuelanın 23 ştatından 20-də elektrik enerjisi təchizatı dayanıb və bu problemi bir həftədən tez aradan qaldırmaq mümkün olmayıb.


Oxunma sayı: 11529

Oxşar yazılar