Masallı və Yevlaxda yanğın olub

  • 11:55 - 19 Yanvar

Masallı və Yevlaxda fərdi evlərdə yanğın hadisələri qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Masallı rayonunun Şıxlar kəndində ümumi sahəsi 192 m² olan ikimərtəbəli 5 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Yevlax şəhərində ümumi sahəsi 108 m² olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin dam örtüyü 40 m² sahədə yanıb. Yüksək temperaturdan taxtadan ibarət tavan 2 m² sahədə qarsalanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Oxunma sayı: 3268

Oxşar yazılar