Makronun olduğu yeri deyən jurnalist saxlanıldı

  • 23:25 - 18 Yanvar

Fransa Prezidenti Emmanuel Makronun olduğu yeri sosial şəbəkədə paylaşan jurnalist polis tərəfindən saxlanılıb.

Bu barədə Fransa mediası yazıb.

Jurnalist Taha Bohafs ötən axşam Parisdəki teatr salonunda olduğu yeri sosial şəbəkədə işarələyərək, bu sözləri yazmışdı:

“Hazırda (Parisdəki) Buffes du Nord teatr salonundayam. Fransa prezidentindən 3 sıra arxadayam. Bəzi etirazçılar buralardadır və hər kəsi bura çağırır. Hazırlıq görülür. Bu axşam hərəkətli ola bilər”.

Qeyd edək ki, ötən gün bəzi fransalı jurnalistlərin sosial şəbəkələrdə Makronun Parisdəki teatr salonunda olması ilə bağlı paylaşımlarından sonra etirazçılar əraziyə gəlmişdi. Pensiya islahatına qarşı çıxan nümayişçilər teatr salonuna girməyə çalışmışdı.(axar.az)


Oxunma sayı: 3796

Oxşar yazılar