Türkiyə o vaxta qədər Suriyada qalacaq ki... - Ərdoğan

  • 22:15 - 18 Yanvar

Biz bütün dünyanı heyran qoyan tənlik qurduq, bunu anlamırlar. 

Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Liviya ilə bağlı sualları cavablandırarkən deyib. O, Liviya sammitində iştirak etmək üçün sabah Berlinə səfər edəcəyini də xatırladıb: 

“Sabah Almaniyadayam, cənab Kamal (CHP sədri nəzərdə tutulur - red.). Hər halda bunu görməzsən. Orada Liviya ilə maraqlananlarla görüşəcəyik. Cənab Kamal bunu anlamaz, görməz. Türkiyə cənub sərhədlərini və oralarda yaşayan qardaşlarımızın rahatlığını tamamilə təmin edənə qədər Suriyada olmağa, hətta daha da irəliləməyə davam edəcək”.(axar.az)


Oxunma sayı: 4335

Oxşar yazılar