İranın dini lideri Əli Xamneyi 8 ildən sonra ilk dəfə məsciddə xütbə verdi - Kürsüyə snayperlə çıxdı (FOTO)

  • 13:55 - 18 Yanvar

İranın dini lideri Əli Xamneyi 8 ildən sonra ilk dəfə cümə namazında xütbə verib. 

Avropa.info xəbər verir ki, Tehrandakı İmam Xümeyni Musalla məscidində xütbə verən Xamneyininin kürsüyə snayper tüfəngi ilə çıxması diqqət çəkib. 

Xamneyinin xütbəsində əsas hədəf ABŞ prezidenti Donald Tramp olub. Trampı "təlxək" adlandıran Xamneyi ABŞ tərəfindən öldürülən Qasım Süleymaninin qisasının alındığını deyib.  

Qeyd edək ki, Xamneyi son dəfə 8 il öncə, "ərəb baharı" zamanı xütbə vermişdi. 


Oxunma sayı: 15104

Oxşar yazılar