“Google” ilk ixtira edən Osmanlı sultanı Abdulhəmid Xan olub – Türkiyəli professordan sensasiyalı iddia

  • 13:52 - 18 Yanvar

Türkiyənin Sakarya Universitetinin Fənn Ədəbiyyat Fakültəsinin Tarix ixtisasının müəllimi professor, doktor Əbubəkr Sofuoğlu “Google”ın ilk ixtira edən şəxsin Sultan Abdulhəmid Xan olduğunu iddia edib.

Avropa.info xəbər verir ki, o, bu sözləri Kütahya bələdiyyəsinin keçirdiyi Hezar Dinari Mədəniyyət Mərkəzində keçirilən “Vəfatının 100-cü ilində II Abdulhəmid Xan Konfransı”nda deyib.

Əbdülhəmid Xan imkansızlıqlar üzündən gedə bilmədiyi yerlərin fotolarını çəkdirərək izlədiyini deyən Sofuoğlu bu sözləri deyib:

““Google”dan istifadə edən, ilk ixtira edən Sultan Əbdülhəmid Xandır. Sultan bəzi yerlərə gedə bilmirdi, getmə imkanı yox idi , getsə paytaxtda problem çıxacaq. Nə edir, fotolarını çəkir, izləyir. Oradan bir şey istehsal edir. Bu mənada “Google”ın ilk ixtiraçısı Sultan Əbdülhəmid Xandır. “Coğrafiya qədərdir” deyilir, coğrafiyanın da psixologiyası var. Sultan Əbdülhəmid Xan bir düha idi. O, hakimiyyətdə qalsa idi, biz ehtimal ki Birinci Dünya müharibəsinə girməyəcəkdik. Qərb bizi müharibəyə çəkmədən öz arasında vuruşub, parça-parça olacaqdı. Sultan Abdulhəmid özü müharibə başlayanda “İllərdir bu anı gözləyirdim" demişdi. Təssüv k, həmin vaxt o hakimiyyətdə deyildi. Müharibəyə girməyəcəkdik və bəlkə də dünyanın ın zəngn neft yataqları Yəmənə qədər hələ də bizim olacaqdı"


Oxunma sayı: 20010

Oxşar yazılar