Bülənt Əcəvit xanımı 97 yaşında vəfat etdi

  • 13:22 - 18 Yanvar

Türkiyənin sabiq baş naziri Bülənt Əcəvitin və Demokratik Sol Partiyanın (DSP) təsisçisi Rahşan Ecevit 97 yaşında vəfat edib.

Avropa.info xəbər verir ki, Rahşan Əcəvit sabah dövlət qəbiristanlığında, ərinin yanında dəfn ediləcək.

Türkiyə prezidenti Ərdoğan DSP sədri Öndər Aksakala zəng edərək başsağlığı verib. Ərdoğan Əcəvitə Allahdan rəhmət, ailəsinə və yaxınlarına başsağlığı diləyib.


Oxunma sayı: 7822

Oxşar yazılar