Ərdoğan Liviya probleminin həlli üçün Berlinə gedir

  • 18 Yan - 2020

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya kansleri Angela Merkelin dəvəti ilə Berlinə səfər edəcək.

Avropa.info xəbər verir ki, Türkiyə Prezidenti Liviya probleminin həlli ilə bağlı yanvarın 19-da Berlində keçiriləcək samitdə iştirak edəcək.

Türkiyə Prezident Adminstarsiyası İctimaiyyətlə Əlaqələr İdarəsi mövzu ilə bağlı açıqlama yayıb.

Açıqlamada deyilir:

"Türkiyə Liviyada, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 2259 saylı qərarına  uyğun olaraq, beynəlxalq qanunlara sahib olan Milli Razılaşma Hökumətinə yönəlmiş hücumların dayandırılması, davamlı atəşkəsin yaradılması və Birləşmiş Millətlər Təşkilatının himayəsi altında problemin siyasi həlli ilə bağlı səyləri əvvəlcədən dəstəkləyib. Bu istiqamətdə bütün səviyyələrdə intensiv diplomatik təşəbbüslərlə çıxış edib. Həmçinin Berlin Prosesinə də konstruktiv istiqamətdə fəal töhfə verib".


Oxunma sayı: 3950

Oxşar yazılar