Haftar tərəfdarları Liviyanın vacib neft limanını ələ keçirdi

  • 18 Yan - 2020

Liviya Milli Ordusunun komandanı, general Xəlifə Haftarın tərəfdarları neft ixracına mane olmaq üçün Liviyanın Əl-Züveytin limanını ələ keçriiblər.

Avropa.info xəbər verir ki, məlumatı yerli mənbələrə istinadən “Anadolu” agentliyi yayıb. Haftar tərəfdarları ixrac olunan neft gəlirlərinin Liviya Milli Həmrəylik Hökumətinə getdiyini bildiriblər. Onların sözlərinə görə, Əl-Züveytin limanının bağlanmasından sonra analoji hücumlar digər Liviya limanlarına da qarşı həyata keçiriləcək.

Liviya Milli Neft Korporasiyasının başçısı Mustafa Sanalla Liviya limanlarının bağlanmasını Berlində keçiriləcək beynəlxalq konfrans öncəsi balansı dəyişdirmək cəhdi adlandırıb.


Oxunma sayı: 4401

Oxşar yazılar