Pentaqon ABŞ qoşunlarını İraqdan çıxarmağı rədd etdi

  • 12:00 - 18 Yanvar

ABŞ İraqdan hərbi kontingentini çıxarmağa hazırlaşmır.

Avropa.info xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında ABŞ müdafiə nazirinin köməkçisi Conatan Hoffman deyib.

“Hal-hazırda İraqdan qoşunları çıxarmaqla bağlı planımız yoxdur. İraqlı həmkarlarımızla danışıqları davam etdiririk. Biz hələ də suveren və çiçəklənən İraqın dost və həmkarı olmağı istəyirik” – o, deyib.

O, İraqdakı ABŞ qüvvələrini “xeyir qüvvələri” adlandırıb, İraqda qalmalarının isə İŞİD-lə mübarizəyə kömək etdiyini bildirib.

Hoffmanın sözlərinə görə, Pentaqon qoşunların çıxarılması ilə bağlı heç bir göstəriş almayıb.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp amerikan qoşunlarını ölkədən çıxarması ilə bağlı qərar qəbul edəcəyi halda İraqın İrandan daha sərt sanksiyalarla cəzalandırılacağını demişdi.


Oxunma sayı: 14257

Oxşar yazılar