“Sözlərinə diqqət et” – Trampdan Xamneyiyə xəbərdarlıq

  • 11:31 - 18 Yanvar

ABŞ prezidenti Donald Tramp İranın Ali dini rəhbəri Ayətulla Xamneyini ABŞ-la bağlı sözlərində ehtiyatlı olmağa çağırıb.

Avropa.info xəbər verir ki, Tramp Xamneyinin ABŞ və Avropa barədə bəyanatına münasibətini “Twitter” səhifəsində yazıb. 

“İranın Ali dini rəhbəri adlanan şəxs son zamanlar da elə də ali olmamağa başlayıb, ABŞ və Avropanın ünvanına yeri olmayan sözlər işlədib. Onların iqtisadiyyatı çökür, insanları isə əziyyət çəkir. O, öz sözlərində çox ehtiyatlı olmalıdır” – Tramp yazıb.

Qeyd edək ki, İran və ABŞ arasında münasibət SEPAH-ın generalı Qasım Süleymaniyə qarşı sui-qəsddən sonra gərginləşmişdi.


Oxunma sayı: 7195

Oxşar yazılar