Bakıda ağır qəza: "Toyota" eyni anda 4 avtomobili əzdi
- 11:15 - 18 Yanvar
Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Avropa.info Trend-ə istinadən xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində qeydə alınıb. Şəhər istiqaməti ilə hərəkətdə olan 90-MD-770 dövlət nömrəli "Toyota" markalı maşın yol kənarında dayanan avtomobillərə çırpılıb. Hadisə nəticəsində qəza törədən avtomobil də daxil olmaqla 5 nəqliyyat vasitəsi yararsız hala düşüb.
Hadisədə zərərçəkən şəxsin sözlərinə görə, "Toyota"nın sürücüsünün içkili olduğu ehtimal edilir.
Qəza ilə bağlı araşdırma aparılır.