Bu ay pensiyalarda növbəti artım ediləcək - Nazirdən şad xəbər

  • 10:36 - 18 Yanvar

2019-cu ildə sosial sahədə inqilabi addımlar atılıb.

Avropa.info xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən Kollegiya iclasında Kollegiyanın sədri, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev vurğulayıb.

Nazir, 4 milyon 200 min vətəndaşın rifahına birbaşa dəstəyi təmin edən iki islahat paketinin ötən ilin ən mühüm nailiyyətlərindən olduğunu deyib. Sosial ödənişlərdə edilmiş ciddi artımların beynəlxalq səviyyədə də yüksək dəyərləndirildiyini qeyd edib.

O, 2019-cu ildə orta aylıq pensiyanın 15 faiz, o cümlədən yaşa görə pensiyanın 15 faiz, əlilliyə görə pensiyanın 22 faiz artdığını, bu ay ərzində indeksləşdirmə nəticəsində ölkədə pensiyalarda növbəti artımın ediləcəyini deyib.


Oxunma sayı: 6326

Oxşar yazılar