Azərbaycan-Türkiyə münasibətlərinin inkişafına dair müzakirələr aparılıb - FOTO

  • 17 Yan - 2020

Azərbaycanın Qars şəhərindəki Baş konsulluğu ilə Türkiyənin cənub-şərq bölgəsində bir sıra rəsmi görüşlər keçirilib.

Azərbaycanın Qarsdakı Baş konsulluğundan  verilən xəbərə görə, Diyarbəkir valisi Həsən Basri Gözəloğlu, Diyarbəkir Jandarma komandanı, general-mayor Mustafa Ərdəm, Xarici İşlər Nazirliyinin Diyarbəkir İdarəsinin rəisi, səfir İbrahim Mete Yağlı, Daxili İşlər Nazirliyinin Diyarbəkir vilayət idarəsinin rəisi Şükrü Yaman, Diyarbəkir Diclə Universitetinin rektoru Talip Gül, vilayətin Kayapınar rayonunun icra başçısı və rayon bələdiyyəsinin sədri Ünal Koç, eləcə də Milliyyətçi Hərəkat Partiyasının Diyarbəkır vilayət şöbəsinin sədri Cihan Kayaalp ilə keçirilən görüşlərdə Azərbaycan-Türkiyə münasibətlərinin hazırkı vəziyyəti, gündəlikdə duran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşlərdə Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin digər ölkələr üçün nümunə olduğu bildirilib.

 

1 / 4

Sevil Ünal Hilalqızı


Oxunma sayı: 4214

Oxşar yazılar