Türkiyə 4 terrorçunu Almaniyaya deportasiya edib

  • 23:04 - 17 Yanvar

Türkiyə xarici terrorçuları vətənlərinə deportasiya etməkdə davam edir.

Anadolu agentliyi xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin xəbərində deyilir.

Məlumata görə, Almaniyanın terror qruplaşmaları sıralarında döyüş əməliyyatlarında iştirak etmiş dörd vətəndaşı bu ölkədə göndərilib.

Nazirliyin xəbərində deyilir ki, 11 noyabr 2019-cu ildən başlayaraq Türkiyədən xarici əsilli 179 döyüşçü - terrorçu çıxarılıb. 


Oxunma sayı: 7327

Oxşar yazılar