Gəncə sakini qaçırdığı avtomobili ağaca çırpıb

  • 20:38 - 17 Yanvar

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində baş verib.

Hərəkətdə olan “VAZ 21 099” markalı avtomaşın ağaca çırpılıb. Qəza nəticəsində 2005-ci il təvəllüdlü Ələsgərov Aqil Zahid oğlu xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyəti orta-ağırdır. 

 

 

A. Ələsgərovun həmin maşını qaçırdığı bildirilir. 


Oxunma sayı: 7184

Oxşar yazılar