Zaqatalada iki minik avtomobili toqquşub, 4 nəfər xəsarət alıb

  • 19:45 - 17 Yanvar

Zaqatalada yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə axşam saatlarında Zaqatala-Muxax avtomobil yolunda qeydə alınıb. “Mercedes” markalı, 99 GD 901 dövlət nömrə nişanlı avtomobil “VAZ 2107” markalı maşınla toqquşub. Qəza nəticəsində 4 nəfər xəsarət alıb. Yaralılar Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır. 


Oxunma sayı: 5479

Oxşar yazılar