Qeydə alınan namizədlərin sayı 1622 nəfərə çatdı
- 16:42 - 17 Yanvar
Azərbaycanda fevralın 9-da keçiriləcək Milli Məclisə seçkilərlə əlaqədar indiyə qədər qeydə alınan namizədlərin sayı açıqlanıb. Avropa.info-nun məlumatına görə, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov məlumat verib.
Onun sözlərinə görə, indiyə qədər 1622 namizəd qeydə alınıb.
Qeyd edək ki, Milli Məclisə seçkilərdə namizədlik üçün 2431 nəfər müraciət edib.