Uşaqpulunun bərpasını vəd edən tək namizəd: 79 saylı İmişli Seçki Dairəsindən deputatlığa ən real namizəd Razi Nurullayevdir

  • 16:19 - 17 Yanvar

Fevralın 9-da Azərbaycanda Milli Məclisə seçkilər keçiriləcək. 

Avropa.info xəbər verir ki, bu gündən etibarən deputatlığa namizədlərin seçkiqabağı təşviqat kampaniyasına start verilib. 

Bu seçkilərdə AXCP sədri Razi Nurullayev 79 saylı İmişli Seçki Dairəsi üzrə deputatlığa namizəddir. Həmin dairədə namizədliyi qeydə alınmış şəxslər arasında Razi Nurullayev deputat seçilməyə ən şanslı namizəd kimi qiymətləndirilir. Qeyd edək ki, Razi Nurullayev İmişli rayonunun xarakteristikasını və problemlərini çox yaxşı bilir. Bu problemlərin həlli ilə bağlı proqram və konsepsiyaları seçicilərlə görüşlərdə vətəndaşlara açıqlayacaq. 

Razi Nurullayev bu problemlərdən biri kimi, “uşaqpulu”nun verilməsini göstərir. Deputatlığa namizəd “uşaqpulu”nun verilməsinin zərurətini açıqlayır. Razi Nurullayev qeyd edir ki, bütün ailələrə “uşaqpulu”nun, hər doğulan uşağa görə birdəfəlik müavinətin verilməsi və 3 yaşa kimi körpələrin dövlət hesabına qidalanması vətəndaşlarımızın ən böyük istəyi və gözləntisidir: 

“Sosial statusuna fərq qoyulmadan bütün ailələrin - istər varlı, istər kasıb - böyütdükləri uşaqlara görə “uşaqpulu” alması zərurətdir. Çünki uşaqlar kasıb və varlı ailədə böyüməsindən asılı olmayaraq, dövlətin sərvəti və gələcəyidir. Dövlət bununla sanki öz sərvətinə, gələcəyinə kiçik də olsa, investisiya yatırımı edir və lazım gələndə onu həm də mənəvi haqqla vətən uğrunda ölməyə dəvət etməlidir. Bu zərurət nədir? Oğullarımız vətən uğrunda döyüşə gedir, şəhid olur, vətənin keşiyində dayanır, ölkə rəhbərliyinin çağırışı ilə ölkəmizin müstəqilliyinin daim qorunmasında xidmət göstərir, lazım gələndə düşmən qüvvələrə güc nümayiş etdirir. Doğulan qız uşaqlarımız isə gələcəyin qəhrəmanlarının anası, bacısı və həyat yoldaşıdır. Ana-bacılarımız igid övladlarımızın döyüş ruhu, yenilməzliyi, ilham mənbəyidir. Bir sözlə, dövlət uşaqlara sahib çıxmalı və lazım olan anda da vətən, torpaq üçün ölümə göndərməyə nəinki hüquqi, həm də mənəvi haqqı olmalıdır. Hər doğulan uşağa görə birdəfəlik yardımın verilməsi, 3 yaşına kimi pulsuz yeməklə təminatı və 18 yaşa kimi "uşaqpulu"nun verilməsini zərurət edən budur!” 

Qeyd edək ki, Razi Nurullayev uzun illərdir siyasi proseslərin içərisindədir. O, yürütdüyü siyasəti vəzifə və mövqe sahibi olmaq üçün deyil, xalqına və sahib olduğu düşüncələrə ən yaxşı şəkildə xidmət etmək üçün aparır. 

AXCP sədri anlayır ki, siyasətçi təkcə özünün və çevrəsinin deyil, bütün cəmiyyətin mənafelərini düşünməlidir. Razi Nurullayev xalqın dərdiylə yaxından maraqlanır, hər zaman xalqın yanında olmağa səy göstərir. 

Savadlı, mədəni siyasətçi kimi, Razi Nurullayev xalqın problemlərini onun dilində anladır. Özünə və sözünə güvənilən siyasətçidir. Sadaladıqlarımız bu keyfiyyətlərə malik olan Razi Nurullayev siyasi cəhətləri ilə digər namizdələri üstələyir. 

Ümid edirik ki, İmişli seçiciləri düzgün qərar verəcək və öz aralarından çıxmış siyasətçi olan Razi Nurullayevə səs verəcək!

Avropa.info


Oxunma sayı: 19405

Oxşar yazılar