“Ərdoğanın qoruduğu o adam hakimiyyətdə qalacaq” – Yunan mətbuatından xarici siyasətdə məğlubiyyətin etirafı

  • 16:19 - 17 Yanvar

Liviya və Aralıq dənizin şərqində baş proseslər Afinanın arzu etdiyi kimi getmir və Türkiyə regiondakı gücünü Rusiya ilə birgə konsolidasiya edir.

Avropa.info xəbər verir ki, bu barədə Yunanıstanın “Ekathimerini” qəzetində dərc olunan təhlil yazısında deyilir. Yunanıstanın milli maraqları yerinə əsasən ictimaiyyətə ünvanlanan, yetərsiz addımlar atdığını qeyd edən qəzet “Sadə şəkildə ifadə etmək lazımdırsa, Yaxın Şərq və Aralıq dənizinin şərqindəki geosiyasi dəyişikliklər arasında Ərdoğan vacib oyunçu halına gələrək, Türkiyəyə regional super güc statusu qazandırdı” yazır.

Təhlil yazısının davamında deyilir: “Ən pisi ABŞ və Avropa İttifaqı Yunanıstanın Avropaya deyil, Yaxın Şərqə məxsus olması mənzərəsi yaradır. Beləliklə, Yunanıstan Ankaranın insafına buraxılır. Ərdoğan hər formada hər şeyə müdaxilə etməyi bacarır. Böyük ehtimalla Ərdoğanın qoruduğu Sərrac gələcəkdə ayaqda qalacaq və bu da dəniz yurisdiksiyası müqaviləsinin qüvvədə qalacağı mənasına gəlir”.

Türkiyənin artan təsirinə dair daha bir şərh İtaliya Xəbər Agentliyinə danışan Avropa Parlamenti Konstitusiyan İşləri Komissiyası sədri Antonio Tajanidən gəlib. İtaliya xaricində Avropanın Liviyada “heç bir çəkisinin olmadığını” bildirən Tajani “Bazar günü Liviya ilə bağlı keçiriləcək Berlin konfransını gözləyirik. Amma Avropa təəssüf ki, parçalanmış vəziyyətdədir və Liviyada heç bir çəkisi yoxdur. Almaniyadakı cəhddə İtaliya tamamilə tarazlıqdan kənar qaldı” deyib.

Liviyada Haftarın yanında dayanan Yunanıstana bir zərbə də Berlindən gəlib. Yunanıstan 19 yanvarda Berlində keçiriləcək konfransa dəvət edilməyib. Yunanıstan xarici işlər naziri Nikos Dendias vəziyyətə təəccüblənərək “Yunanıstanın niyə bu prosesin hissəsini olmadığını anlamırıq” deyib. Dövlət telekanalı ERT-yə müsahibə verən yunan nazir “Təşkilatçılara ən yaxşı arzularımızı çatdırırıq” kinayəli ifadəsi ilə narazılığını bildirib. Ölkənin ana müxalifət koalisiyası sol koalisiya Afinanın düşdüyü vəziyyəti belə tənqid edib:

“Konfransa Konqo belə çağırıldı, amma Yunanıstan dəvət edilmədi. Hökumət Türkiyənin beynəlxalq arenada tək başına qaldığını deyir, amma elə də olmadığı görünür”.


Oxunma sayı: 11529

Oxşar yazılar