YAP-dan ödənişsiz efir vaxtı ilə bağlı qərar

  • 14:44 - 17 Yanvar

Yeni Azərbaycan Partiyası parlament seçkilərində pulsuz efir vaxtından imtina edib.

Modern.az xəbər verir ki, hakim partiya Azərbaycanda fevralın 9-a təyin edilmiş növbədənkənar parlament seçkilərində İctimai Televiziyada pulsuz efir vaxtından istifadə etməyəcək.

Partiya bu addımı bütün namizədlərə bərabər şərait yaratmaq məqsədilə atıb.


Oxunma sayı: 4137

Oxşar yazılar