Türkiyə vətəndaşlarından "Türkiyənin dostu deyildiyi zaman ağla ilk gələn ölkə hansıdır" soruşuldu - Birinci yeri Azərbaycan tutur

  • 13:47 - 17 Yanvar

Türkiyədə fəaliyyət göstərən, Public Status Araşdırma və Məsləhət Xidmətləri  təşkilatı tərəfindən keçirilən sorğu nəticəsində, Türkiyə vətəndaşlarının mütləq əksəriyyətinin Azərbaycanı dost ölkə olaraq gördüyü üzə çıxıb. 

Avropa.info xəbər verir ki, Public Status Araşdırma və Məsləhət Xidmətləri təşkilatı Türkiyənin 25 rayonunda vətəndaşlardan "Türkiyənin dostu deyildiyi zaman ağla ilk gələn ölkə hansıdır?" soruşub. Sorğuda iştirak edənlərin əksəriyyəti, yəni 32,11 faizi Azərbaycan cavabı verib.

Körfəz ölkəsi olan Qətər isə ikinci yeri tutub. Rusiya 3-cü yerdə gəlir. 4-cü yeri isə Şimali Kipr Türk Cümhuriyyəti tutub. Pakistan isə Türkiyəyə dost olan 5-ci ölkədir. 
 


Oxunma sayı: 17084

Oxşar yazılar