Ukraynada kaset skandalı : Baş nazirin prezidenti təhqir edən səs yazısı yayıldı, istefa verdi – Qalmaqallı səs yazısında Zelenski haqda nə demişdi?

  • 13:59 - 17 Yanvar

Ukrayna baş naziri Aleksey Qonçaruk bu gün vəzifəsindən istefa verdiyini açıqlayıb.

Avropa.info xəbər verir ki, Qonçaruk istefa ərizəsində bu vəzifəyə prezident Vladimir Zelenskinin proqramını yerinə yetirmək üçün gəldiyini deyib. Lakin baş nazir iclas vaxtı çıxışını əks etdirən səs yazısının ictimaiyyətə açıqlanmasından sonra baş verən qalmaqala görə istefa ərizəsi yazmaq qərarı verib.

15 yanvarda “YouTube” kanalında yayımlanan “Prezidenti necə aldatmaqedə olar” səs yazısında deyilən sözlərin hökumət üzvləri ilə iclasda danışan Qonçaruka məxsus olduğu iddia olunurdu. Görüşdə Ukrayna Milli Bankının sədr müavini Yekaterina Rojkova və maliyyə naziri Oksana Markarova iştirak edirdi.

Səs yazısında Qonçarkun olduğu iddia edilən şəxs özü haqda iqtisadiyyata yad adam ifadəsi işlədir. Bununla yanaşı o, həmsöhbətlərindən prezident Zelenskiyə dolların kursundakı dalğalanmanı izah etməyə kömək etməyi xahiş edir, prezidentin ölkədə baş verən iqtisadi proseslər haqqında primitiv anlayışa malik olduğunu, başının dumanlı olduğunu deyir.

Qalmaqalla bağlı açıqlama verən baş nazir hakimiyyətə gəldiyi gündən “Xalqın xidmətçisi” partiyasına qarşı olan insanların hökumətin gördüyü heç bir işin alınmaması üçün çalışdığını deyib:

“Bizimlə mübarizə aparanlara müraciət edirəm: bizi qorxuda bilməzsiz. Korrupsiyanın kökünü kəsmək üçün daha səylə çalışmaq lazımdır”.

Qonçaruk dərc olunan səs yazısının məzmunu ilə bağlı heç nə deməyib.

Ukrayna prezidenti administrasiyası dövlət katibinin müavini Yuliya Kovalivin iclasda iştirakını təkzib edib. Buna baxmayaraq, Ali Radada təmsil olunan “Xalqın xidmətçisi” fraksiyası insidentin araşdırılması üçün Ukrayna Milli Təhlükəsizlik Xidmətinə müraciət edib.

Ukrayna prezidentinin ofisindən verilən məlumata görə, Qonçarukun istefa ərizəsi ilə yaxın vaxtlarda tanış olacaqlar. 

Ukrayna qanunvericiliyinə görə, baş nazirin istefası ilə bağlı yekun qərar parlamentin plenar iclasında qəbul olunmalıdır. Baş nazirin istefası isə hökumətin tam tərkibdə istefaya getməsi deməkdir.


Oxunma sayı: 10187

Oxşar yazılar