Məmmədyarovla Mnatsakanyanın görüşünün vaxtı məlum oldu

  • 13:36 - 17 Yanvar

"Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin görüşü planlaşdırılır".

Avropa.info Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov deyib.

Nazir bildirib ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi səfir Anji Kaspşiklə görüşüb, o da xarici işlər nazirləri səviyyəsində görüşün baş tutmasını dəstəkləyib:

"Digər hər hansı bir məsələ çıxmasa, bu ayın sonunda XİN başçılarının görüşü nəzərdə tutulur".

Xatırladaq ki, son görüş 2019-cu ilin dekabrın 4-də ATƏT Xarici İşlər Nazirləri Şurasının Bratislavadakı 26-cı iclası çərçivəsində baş tutub.


Oxunma sayı: 11529

Oxşar yazılar