“Avropa İttifaqı Liviyaya sülhməramlılar göndərə bilər” – İtaliya

  • 12:21 - 17 Yanvar

Avropa İttifaqı Liviyaya ordu göndərə bilər.

Avropa.info xəbər verir ki, bu sözləri Liviya ilə bağlı Berlində keçirilməsi gözlənilən konfransı şərh edən İtaliya baş naziri Cüzeppe Konte deyib. 

“Liviyaya hərbçi göndərilməsi qiymətlədirəcəyimiz alternativlərdən biridir. Amma biz mövqelərimizi tutuşduraraq sülhpərvər həll yoluna yönəltməyə çalışmalıyıq. Hərbi alternativ bir yana qoyulduqdan sonra Liviyada vasitəçilik və sülhməramlı göndərilməsi yönündən fəaliyyət alternativ olacaq. Bu fikrə açıq olduğumuzu indidən deyə bilərik” - o, deyib.


Oxunma sayı: 3389

Oxşar yazılar